6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Süni intellekt kiçik bizneslər üçün hansı imkanları yaradır?

Süni intellekt kiçik bizneslər üçün hansı imkanları yaradır?

Kiçik bizneslər adətən məhdud resurslarla fəaliyyət göstərir. Bir sahibkar eyni anda marketinq, satış, maliyyə, müştəri xidməti və inzibati prosesləri idarə etməli olur.

Dünya İqtisadi Forumunun “Strateji İntellekt” platforması və “MIT Technology Review”da dərc olunan “Kiçik bizneslər süni intellektin imkanlarından necə yaralana bilər?” (How Small Businesses Can Leverage AI) adlı məqaləsində qeyd olunur ki, süni intellektdən istifadənin kiçik bizneslər üçün ən böyük üstünlüyü mürəkkəb texnologiyalar qurmaq deyil, gündəlik vaxt aparan işləri sadələşdirməkdir.

Süni intellekt aşağıdakı proseslərdə faydalı ola bilər:

✔️ E-poçtların cavablandırılması və sənədlərin hazırlanması

✔️ Görüş qeydlərinin və hesabatların tərtibi

✔️ Bazar araşdırmasının aparılması

✔️ Marketinq məzmununun hazırlanması

✔️ Planlaşdırma və təşkilati işlərin sadələşdirilməsi

Mütəxəssislər bizneslərə süni intellektin tətbiqinə kiçik və aşağı riskli proseslərdən başlamağı tövsiyə edirlər. Bu yanaşma həm məhsuldarlığı artırır, həm də sahibkarlara bizneslərini inkişaf etdirmək üçün daha çox vaxt qazandırır.

Rəqəmsal transformasiya yalnız böyük müəssisələr üçün deyil. Kiçik bizneslər də süni intellektdən düzgün istifadə etməklə əməliyyat xərclərini optimallaşdıra, məhsuldarlığını artıra və bazarda rəqabət qabiliyyətini gücləndirə bilər. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) beynəlxalq təcrübələri və qabaqcıl yanaşmaları ölkəmizdə təşviq etməklə sahibkarlıq subyektlərinin texnoloji transformasiya prosesinə dəstək göstərir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?