6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır

KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır

“KOB klaster şəhadətnaməsi” almış "Frutena", "Naturaoil" və "Healthtech Solutions" KOB klaster şirkətləri artıq müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektini ətrafında birləşdirib.

KOB klaster şirkətlərinə yeni iştirakçıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Alma və nar məhsullarının, plastmaslar və onlardan hazırlanan xammal məmulatlarının, müxtəlif növ qablaşdırma məhsullarının istehsalı və keyfiyyətə nəzarət laborotoriya xidmətləri sahəsində fəaliyyət göstərən ixtisaslaşmış KOB subyektləri KOB klasterinin iştirakçısı olmaq üçün müvafiq KOB klaster şirkətinə, həmçinin əlaqələndirmə dəstəyi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.

Hüquqi və fərdi sahibkar olan KOB subyektləri KOB klasterin iştirakçısı olmaqla aşağıdakı üstünlüklərdən yararlana bilərlər:

KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim edilən mallardan əldə olunan mənfəət və ya gəlirin biznesin inkişafına yönəldilərək kapital xarakterli xərclərə sərf edilən hissəsi üzrə 7 il müddətinə mənfəət (gəlir) vergisindən azad olma;

KOB klaster şirkətinin istehsal və təchizat zəncirinə qoşulmaqla uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq;

məhsul və xidmətlər üçün yeni bazar imkanlarını genişləndirmək;

rəqabət qabiliyyətini artırmaq;

istehsal və xidmət keyfiyyətini yüksəltmək;

satış və istehsal həcmini artırmaq üçün yeni imkanlar qazanmaq.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?