6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlanıb

Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlanıb

Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakı tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlanıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycandan şərqə doğru hərəkət edən televizor və musiqi avadanlıqları yükü Xəzər dənizi üzərindən “Türkmənbaşı” limanına çatdırılıb, daha sonra isə “Farap” sərhəd-keçid məntəqəsi vasitəsilə Özbəkistana daxil olunub. Bu əməliyyat vahid prosedur çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistanı birləşdirən ilk eTIR daşınmasıdır.

Qərb istiqamətində isə Türkmənistandan pambıq, şirə, su və qənnadı məmulatları daşıyan dörd yük avtomobili “Türkmənbaşı” limanında gömrük rəsmiləşdirilməsini tamamladıqdan sonra bərə ilə Xəzər dənizini keçərək Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

Sistemin tətbiq edilməsində Azərbaycan, Türkmənistan və Özbəkistanın gömrük orqanları, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və onun üzv təşkilatları ABADA, THADA və AIRCUZ arasındakı əməkdaşlıq mühüm rol oynayıb.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) dəstəyi ilə həyata keçirilən layihə gömrük məlumatlarının real vaxt rejimində elektron qaydada mübadiləsinə, kağız sənədləşmənin həcminin azalmasına, risklərin minimuma endirilməsinə, gömrük prosedurlarının sürətləndirilməsinə, xərclərin azaldılmasına, əməliyyatların və ticarətin sadələşdirilməsinə imkanlar yaradır.

Eyni zamanda, eTIR sisteminin tətbiqi Orta Dəhlizin cəlbediciliyinin yüksəlməsi, bu marşrut vasitəsilə yükdaşımaların həcminin artması baxımından da əhəmiyyət daşıyır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?