6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Moody’s” SOCAR-ın kredit reytinqini yenidən təsdiqləyib

“Moody’s” SOCAR-ın kredit reytinqini yenidən təsdiqləyib

“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini Baa3 səviyyəsində, proqnozunu isə "stabil" olaraq təsdiq edib.

Qurumdan verilən məlumata görə, bununla da SOCAR ötən il əldə etdiyi investisiya oluna bilən kredit reytinqini uğurla qoruyub saxlayıb.

Bu qərar SOCAR-ın maliyyə dayanıqlığının, kredit profilinin və beynəlxalq kapital bazarlarında etibarlı borcalan mövqeyinin növbəti əyani təsdiqdir. Eyni zamanda bu, şirkətin uzunmüddətli maliyyə siyasətinin və intizamının, davamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlərin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini göstərir.

"Moody’s" qiymətləndirməsində SOCAR-ın Azərbaycan iqtisadiyyatı və enerji sektorunda strateji rolu, inteqrasiya olunmuş fəaliyyət modeli, sağlam maliyyə göstəriciləri və güclü kredit metrikləri reytinqi dəstəkləyən əsas amillər kimi qeyd edilib.

Qeyd edək ki, bu qərar qlobal iqtisadiyyatda mövcud qeyri-müəyyənliklər, beynəlxalq maliyyə bazarlarındakı dəyişkənlik, müşahidə olunan geosiyasi gərginliklər fonunda enerji bazarlarında qiymət volatilliyinin davam etdiyi bir dövrdə qəbul olunub. Belə mürəkkəb xarici mühitə baxmayaraq, SOCAR-ın investisiya oluna bilən kredit reytinqinin təsdiqlənməsi şirkətin dayanıqlı maliyyə vəziyyətini, risklərin effektiv idarə olunmasını və uzunmüddətli inkişaf potensialını bir daha nümayiş etdirir.

İnvestisiya oluna bilən kredit reytinqinin qorunub saxlanılması beynəlxalq kapital bazarlarında investor etimadının möhkəmlənməsinə, maliyyə institutları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə və şirkətin maliyyələşmə imkanlarının genişlənməsinə töhfə verən mühüm amillərdəndir. Bu, eyni zamanda SOCAR-ın beynəlxalq kapital bazarlarında etimad göstərilən tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

SOCAR son illər ərzində korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə hesabatlılığının və şəffaflığın artırılması, risklərin idarə olunması sisteminin gücləndirilməsi və maliyyə dayanıqlığının qorunması istiqamətlərində ardıcıl tədbirlər həyata keçirir.

Xatırladaq ki, SOCAR tarixində ilk dəfə 2025-ci ildə "Moody’s" tərəfindən investisiya oluna bilən Baa3 kredit reytinqini əldə edib.

Bununla yanaşı, SOCAR digər beynəlxalq kredit reytinq agentlikləri tərəfindən də yüksək səviyyədə qiymətləndirilən şirkətlər sırasındadır. Hazırda şirkət "Fitch Ratings" tərəfindən BBB- (stabil) və "S&P Global Ratings" tərəfindən BB (pozitiv) uzunmüddətli kredit reytinqinə malikdir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?