6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“PowerChina Resources Ltd.” ilə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub

“PowerChina Resources Ltd.” ilə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub

Energetika naziri Pərviz Şahbazovun “PowerChina Resources Ltd.” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşündə Azərbaycan ilə “PowerChina” şirkətlər qrupu arasında bərpa olunan enerji sahəsində uğurla inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə olunub. Şirkətin Azərbaycanda həyata keçirilən yaşıl enerji layihələrində fəal iştirak etdiyi qeyd edilib. Bildirilib ki, “PowerChina”nın törəmə şirkəti “Huadong Engineering Co., Ltd.” 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin baş podratçısı olub, hazırda isə “Masdar”ın 200 MVt gücündə “Abşeron” Külək Elektrik Stansiyası layihəsinin baş podratçısı qismində fəaliyyət göstərir.

Görüşdə “PowerChina Resources Ltd.” şirkəti ilə 160 MVt gücündə günəş elektrik stansiyası layihəsi, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb. 160 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə görülmüş işlər nəzərdən keçirilib.

Yekunda layihələrin uğurla həyata keçirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi və texniki səviyyədə məsləhətləşmələrin intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?