6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ARDNF ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb

ARDNF ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2026-cı ilin yanvar-iyun ayları üzrə aktivləri 72 milyard 596 milyon ABŞ dolları (123,4 milyard manat) səviyyəsində qərarlaşıb. İlin ilk yarısında Fondun ümumi gəlirləri 8 milyard 531,3 milyon manat, büdcə xərcləri isə 6 milyard 449,7 milyon manat təşkil edib.

Gəlirlərin əsas hissəsini 4 milyard 953,4 milyon manatla neft-qaz sazişləri üzrə daxilolmalar formalaşdırıb. Bunun 4 milyard 374,9 milyon manatı AÇG yatağının, 437,1 milyon manatı isə “Şahdəniz” yatağının payına düşüb. Vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər isə 3 milyard 577,9 milyon manat olub.

Qızıl qiymətlərinin və valyuta məzənnələrinin dəyişməsi nəticəsində 3 milyard 688,1 milyon manatlıq büdcədənkənar xərc yaranıb.

Xərclər strukturunda ən böyük payı 6 milyard 420 milyon manatlıq transfertlə dövlət büdcəsinə ayırmalar tutur. Bununla yanaşı, xaricdə təhsil proqramlarına ümumilikdə 14,4 milyon manat yönəldilib. Fondun idarə edilməsinə isə 15,4 milyon manat xərclənib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?