6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AZSTAND: İlk yarımildə 293 yeni dövlət standartı qəbul edilib, 21-i ləğv olunub

AZSTAND: İlk yarımildə 293 yeni dövlət standartı qəbul edilib, 21-i ləğv olunub

2026-cı ilin ilk 6 ayında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) qanunvericiliyə və Dövlət Proqramlarının hədəflərinə uyğun olaraq, beynəlxalq tələblərə cavab verən 293 yeni dövlət standartı qəbul edib.

Yeni normativ sənədlər ölkəmizdə istehlak edilən məhsulların, istehsal proseslərinin və metodlarının təhlükəsizliyi ilə keyfiyyətinin yüksəldilməsinə, rəqabətqabiliyyətliliyin artırılmasına və müasir texnologiyaların tətbiqinə geniş şərait yaradır.

Qəbul edilən standartlar müxtəlif sektorları əhatə edir. Bunların arasında maşınqayırma sahəsi üzrə 36, nəqliyyat üzrə 35, tekstil və dəri texnologiyası üzrə 33, uşaq malları üzrə 28, qida texnologiyası və kənd təsərrüfatı üzrə 26, tikinti materialları üzrə 21, eləcə də informasiya və telekommunikasiya üzrə 20 dövlət standartı xüsusi yer tutur.
Bununla yanaşı, mebel sahəsində 43, əməyin təhlükəsizliyi üzrə 9, energetika (istilik mübadiləsi sistemləri) və elektrotexnika üzrə 9, idarəetmə və keyfiyyət üzrə 7, turizm üzrə 6, neft-qaz, kimya və əlaqəli texnologiyalar üzrə 6, bina qurğuları üzrə 4, sənədləşdirmə və nəşriyyat üzrə 3, istehlak malları üzrə 3, hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər üzrə 2, zərgərlik sahəsi üzrə 1, metrologiya, ölçmə sistemləri və cihazlar üzrə isə 1 yeni standart təsdiqlənib.

Qeyd olunan dövr ərzində mövcud normativ bazanın yenilənməsi istiqamətində də işlər aparılıb. Belə ki, 21 dövlət standartının dövri yoxlanılması həyata keçirilib və ya müvafiq dəyişikliklər olunub, həmçinin 21 dövlət standartı ləğv edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?