6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Birinci yarımildə özəlləşdirmə və icarədən dövlət büdcəsinə 131 milyon manat vəsait ödənilib

Birinci yarımildə özəlləşdirmə və icarədən dövlət büdcəsinə 131 milyon manat vəsait ödənilib

2026-cı ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi istiqamətində görülən tədbirlər nəticəsində dövlət büdcəsinə ümumilikdə 131 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi üzrə 32 hərrac keçirilib. Hərraclar vasitəsilə 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 520 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 102,8 milyon manat təşkil edib.

Dövlət əmlakının səmərəli idarə olunması və icarəyə verilməsi sahəsində də tədbirlər davam etdirilib. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyun ayları ərzində 282-si qeyri-yaşayış, 2.084-ü torpaq sahələri üzrə olmaqla 2.366 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 28,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının səmərəli idarə olunması, özəlləşdirmə prosesinin təşkili və icarə münasibətlərinin tənzimlənməsi istiqamətində fəaliyyətini davam etdirir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?