Hindistan ilə ticarət dövriyyəsində artım qeydə alınıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Hindistan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətən 3,18 dəfə artaraq 364,74 milyon ABŞ dollarını ötüb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Hindistan ilə ticarətin payı 1,48 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
