6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında Azərbaycan-Özbəkistan sənaye əməkdaşlığı çərçivəsində avtomobil istehsalı uğurla davam etdirilir.

Hacıqabul Sənaye Parkının rezidenti olan “Azərmaş CP” MMC tərəfindən Özbəkistanın “UzAvtoSanoat” SC ilə əməkdaşlıq çərçivəsində bu günədək ümumilikdə 10700-dən çox “Chevrolet” markalı avtomobil istehsal edilib. İstehsal olunan avtomobillər arasında “Labo”, “Damas”, “Malibu”, “Lacetti”, “Tracker”, “Cobalt”, “Nexia”, “Spark”, “Traverse”, “Tahoe”, “Equinox”, “Onix” və “Captiva” modelləri yer alır.

Bununla yanaşı, sənaye parkında “Azərmaş Park” MMC tərəfindən Özbəkistanın “SamAvto” şirkəti ilə əməkdaşlıq çərçivəsində pikap, yük avtomobili və avtobuslar olmaqla 300-dən artıq “ISUZU” markalı nəqliyyat vasitəsi istehsal olunub.

Sənaye parkında həyata keçirilən birgə layihələr ölkədə avtomobil sənayesinin inkişafına, yerli istehsalın genişləndirilməsinə, məşğulluğun və ixrac potensialının artırılmasına töhfə verir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?