27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Məhsulun vitrindəki qiyməti ilə kassadakı qiyməti fərqlənərsə, hansı qiymət tətbiq olunmalıdır?

Məhsulun vitrindəki qiyməti ilə kassadakı qiyməti fərqlənərsə, hansı qiymət tətbiq olunmalıdır?

Mağazada məhsulun vitrində göstərilən qiyməti ilə kassadakı qiyməti fərqlənərsə, hansı qiymət tətbiq olunmalıdır? Suala Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi aydınlıq gətirib.

Dövlət Agentliyinin izahına əsasən, məhsulun satış qiyməti piştaxta və ya vitrinlərdə göstərilən qiymət hesab edildiyindən, istehlakçılarla hesablaşmalar məhz həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş zamanı istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçı hüquqlarının pozulması, yəni malın (xidmətin) hesabına dair istehlakçıların aldadılması kimi qiymətləndirilir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?