6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR: Özbəkistanla neft-qaz sənayesi üçün kadr hazırlığına və rəqəmsal transformasiyaya önəm verilir

SOCAR: Özbəkistanla neft-qaz sənayesi üçün kadr hazırlığına və rəqəmsal transformasiyaya önəm verilir

SOCAR və Özbəkistan arasında ticarət əməliyyatları genişləndirilir, treydinq, neft emalı və pərakəndə yanacaq satışı sahələrində yeni layihələr müzakirə olunur.

SOCAR-dan bildirilib ki, digər istiqamətlər üzrə də əməkdaşlıq uğurla inkişaf etdirilir: “Məqsəd Orta Dəhlizin potensialından tam istifadə etmək və yüksək gəlirlilik təmin edən premium bazarlara birbaşa çıxışı təmin etməkdir. Eyni zamanda, neft-qaz sənayesi üçün kadr hazırlığına və sahənin rəqəmsal transformasiyasına xüsusi önəm verilir”.

Xatırladaq ki, SOCAR operatoru olduğu Özbəkistanın “Üstyurt” geoloji-kəşfiyyat layihəsi üzrə çöl seysmik işləri uğurla başa çatdırıb, seysmik məlumatların emalı üçün podratçı seçiminə başlanılıb.

“Üstyurt” geoloji-kəşfiyyat layihəsi çərçivəsində toplanmış seysmik məlumatların həcminin böyük olduğu nəzərə alınaraq emalının 2027-ci ilin birinci rübündə başa çatdırılması gözlənilir.

“Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi Azərbaycan–Özbəkistan enerji əməkdaşlığı strategiyasının həyata keçirilməsində mühüm mərhələ hesab olunur.

2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" SC Üstyurd neft-qaz regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalalyıb, iştirak payları belədir: bp – 40 faiz, “Uzbekneftegaz” SC – 30 faiz və SOCAR (operator) – 30 faiz.

AZƏRTAC

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?