6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda beynəlxalq bazarlara çıxış əldə etmiş startapların sayının artırılması hədəflənir

Azərbaycanda beynəlxalq bazarlara çıxış əldə etmiş startapların sayının artırılması hədəflənir

Azərbaycanın regionlarında gənclərin startap layihələrinin dəstəklənməsi, o cümlədən xarici investisiyaların cəlb olunması istiqamətində tədbirlər genişləndiriləcək.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nda yer alıb.

2026-2030-cu illərdə həyata keçiriləcək tədbirlərin icrası Gənclər və İdman Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb. Digər icraçılar isə İnnovasiyalar Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir (tövsiyə olunur).

Tədbirlərdə ilkin olaraq startap layihələri üçün təqdimat günlərinin keçirilməsi (startap sayı – minimum 50, təqdimat günlərinin sayı – minimum 2), startap sayının minimum 100-ə, təqdimat günləri sayının minimum 4-ə çatdırılması nəzərdə tutulur.

Yekunda startapların kommersiyalaşdırılması səviyyəsinin yüksəldilməsi, investisiya cəlb etmiş və beynəlxalq bazarlara çıxış əldə etmiş startapların sayının artırılması hədəflənir.

AZƏRTAC

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?