6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin yanvar-iyun ayları ərzində 174 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar-iyun ayları ərzində 174 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 173.738 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Qeydiyyata alınan mülkiyyət hüququnun 32.940-ı (19%) ilkin, 140.798-i (81%) isə təkrar qeydiyyatın payına düşür.

İlin ilk altı ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 37.345, mənzil – 44.139, torpaq sahəsi – 85.454, qeyri-yaşayış binası – 1.592, qeyri-yaşayış sahəsi – 4.840, əmlak kompleksi – 314 və çoxmərtəbəli yaşayış binaları üzərində – 54 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 50.124-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu dövrdə daşınmaz əmlak obyektləri üzrə 122.017 texniki pasport tərtib edilib, 30.545 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə, əmlak əməliyyatlarının hüquqi etibarlılığının təmin olunmasına və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına xidmət edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?