6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“AzerGold” saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır

“AzerGold” saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır

Son dövrlər sosial media platformalarında və müxtəlif internet resurslarında “AzerGold” QSC-nin adından istifadə edilməklə saxta investisiya və reklam kampaniyalarının təşkili hallarının yenidən aktivləşdiyi müşahidə olunur.

QSC-dən verilən məlumata görə, bu kampaniyaların əsas məqsədi vətəndaşların dövlət şirkətinə olan etibarından sui-istifadə etməklə onların maliyyə və şəxsi məlumatlarını ələ keçirmək, eləcə də maliyyə vəsaitlərini mənimsəməkdir. Bu cür fəaliyyətlər fişinq xarakterli kiberdələduzluq hücumlarının tərkib hissəsidir.

Kiberdələduzlar “AzerGold” QSC-ni guya yüksək gəlir vəd edən investisiya layihələrinin təşkilatçısı kimi təqdim edir, şirkətin korporativ üslubundan, loqosundan və rəhbər şəxslərinin görüntülərindən qanunsuz istifadə edir, həmçinin rəsmi internet səhifəsini təqlid edən saxta veb-saytlara və keçidlərə yönləndirirlər. Bəzi hallarda vətəndaşlarla xarici ölkələrə məxsus telefon nömrələri və ya mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlanılaraq onlardan bank kartı rekvizitləri, şəxsiyyət vəsiqəsi məlumatları, birdəfəlik təsdiq kodları və digər məxfi məlumatlar tələb edilir.

“AzerGold” QSC bildirir ki, şirkət sosial şəbəkələr və ya digər qeyri-rəsmi platformalar vasitəsilə investisiya cəlb etmir, vətəndaşlardan maliyyə və ya bank məlumatları tələb etmir və bu cür saxta kampaniyalarla heç bir əlaqəsi yoxdur.

Bütün bunlar nəzərə alınaraq, vətəndaşlara “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı məlumatları yalnız şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda şübhəli keçidlərə daxil olmamağı, fərdi və maliyyə məlumatlarını paylaşmamağı, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?