6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda Əməkdaşlıq Xartiyası (CoC) üzrə Texniki Komitənin ilk iclası keçirilib

Bakıda Əməkdaşlıq Xartiyası (CoC) üzrə Texniki Komitənin ilk iclası keçirilib

Bu gün Bakıda OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası (CoC) üzrə Texniki Komitənin ilk iclası keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycanın ev sahibliyi ilə təşkil olunan iclasa OPEC-in Baş katibi Haysam Əl-Qays sədrlik edib. Neft hasil edən 20 ölkənin nümayəndələrini bir araya gətirən tədbirdə bazarın fundamental amilləri, enerji dialoqu, texnologiya, innovasiya, investisiyalar, siyasət və tənzimləmə, eləcə də sənaye standartları ilə bağlı fəaliyyət və proqramları əhatə edən Əməkdaşlıq Xartiyasının (CoC) hərtərəfli iş planı müəyyən edilib. İş planında gələcək fəaliyyətlər, təşəbbüslər və iclaslar öz əksini tapıb.

İclas 2025-ci ilin noyabrında keçirilən OPEC və qeyri-OPEC ölkələrinin 40-cı nazirlər iclasında əldə olunan qərarların davamı olaraq təşkil edilib. Həmin toplantıda Əməkdaşlıq Xartiyasının (CoC) çərçivəsi təsdiqlənmiş və OPEC Katibliyinə Xartiyanın məqsədlərinin tam reallaşdırılmasını təmin etmək üçün plan hazırlamaq və onu proqramlara çevirmək tapşırılmışdı.

Qeyd edək ki, Əməkdaşlıq Xartiyası 2 iyul 2019-cu il tarixində keçirilmiş OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 6-cı iclasında Əməkdaşlıq Bəyannaməsinin iştirakçısı olan OPEC və qeyri-OPEC ölkələri tərəfindən imzalanıb. Xartiyanın imzalanması Əməkdaşlıq Bəyannaməsinin uğurunun yaratdığı müsbət dinamikanı tamamlayaraq əməkdaşlığın yeni mərhələsinin əsasını qoyub. 2025-ci ilin fevral ayında Əməkdaşlıq Bəyannaməsinə qoşulan Braziliya da daxil olmaqla Əməkdaşlıq Bəyannaməsinin bütün iştirakçıları Əməkdaşlıq Xartiyasının üzvləridir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?