6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib

Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib

2026-cı il ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, bu xidmətlərin 180 minə yaxını “Bakı KOB evi”nin, 90 minə yaxını “Yevlax KOB evi”nin, 2 mindən çoxu bu ilin mart ayında istifadəyə verilmiş “Gəncə KOB evi”nin, 700-ə yaxını “Şuşa KOB evi”nin, 10 mindən çoxu “Xaçmaz KOB evi”nin, 32 mindən çoxu isə “Xaçmaz KOB evi”nin Xudat şəhərindəki xidmət mərkəzinin payına düşür.

KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 272 minə yaxını dövlət qurumları (G2B), 40 mindən çoxu isə biznes qurumları (B2B) tərəfindən göstərilib.

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması, vergi, gömrük, poçt və kommunal xidmətlər və s. üçün müraciət ediblər.

Bu ilin I yarısında KOB evlərində bir sıra yeni xidmətlər də sahibkarların istifadəsinə verilib.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.

Qeyd edək ki, KOBİA strukturuna daxil olan KOB evləri sahibkarlara operativlik, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsasında biznes xidmətlərinin göstərildiyi vahid məkandır. KOB evlərində sahibkarlara ümumilikdə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox G2B və B2B xidmətlər göstərilir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?