6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkmənistan iş adamlarının Azərbaycana biznes missiyasının təşkili nəzərdən keçirilib

Türkmənistan iş adamlarının Azərbaycana biznes missiyasının təşkili  nəzərdən keçirilib

Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Türkmənistan Ticarət-Sənaye Palatasının sədrinin müavini Azat Nazarov və Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının Aşqabad şəhəri və Ahal vilayəti üzrə şöbə müdiri Yusup Gılıçdurdıyev ilə görüşüb.

AZPROMO-nun məlumatına görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Türkmənistan arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı ixrac potensialına malik məhsulların müəyyənləşdirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın inkişafı müzakirə olunub.

Görüşdə yaxın zamanda Türkmənistanın iş adamlarının Azərbaycana biznes missiyasının təşkili, eləcə də missiya çərçivəsində Türkmənistanın ixrac potensialına malik məhsullarından ibarət sərginin təşkili imkanları nəzərdən keçirilib. Bundan başqa, cari ilin sonunadək Azərbaycan-Türkmənistan İşgüzar Şurasının yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?