15 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar biznesə dövlət dəstəyinin yeni mexanizmləri barədə məlumatlandırılıblar

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Balakən şəhərində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə özəl sektorun inkişafı prioritet istiqamətlərdəndir və Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft-qaz sektorunun inkişafı, istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər görülür.

Bildirilib ki, regionların, o cümlədən Şəki-Zaqatala iqtisadi rayonunun mövcud potensialından daha səmərəli istifadə olunması, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı və ixracyönümlü istehsalın genişləndirilməsi iqtisadi inkişafa mühüm töhfə verə bilər. Mövcud iqtisadi potensialın reallaşdırılması məqsədilə dövlət dəstəyi tədbirlərinin əhatə dairəsi genişləndirilir və sahibkarlara yeni dəstək alətləri təqdim olunur. Sahibkarlar ölkədə yaradılmış əlverişli işgüzar mühitdən fəal yararlanmağa və yeni layihələr üzrə təşəbbüslər irəli sürməyə dəvət edilib.

Görüşdə biznesə yeni dövlət dəstəyi mexanizmlərinin tətbiqi və genişləndirilməsi mövzusunda təqdimat keçirilib. Məlumat verilib ki, 10 il müddətinə Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının xarici bazarlara ixracı zamanı yaranan daşıma xərclərinin 50-70%-i dövlət tərəfindən qarşılanacaq. Gömrük rəsmiləşdirmə xərclərinin kompensasiyası mexanizminin tətbiqi nəticəsində isə mikro, kiçik və orta ixracatçıların ödədiyi gömrük rəsmiləşdirməsinə görə dövlət büdcəsindən kompensasiya ödəniləcək, bununla ixracın maya dəyəri aşağı düşəcək. Bu dəstək mexanizminin tətbiqi 5 il müddətinə nəzərdə tutulub.

Kreditlərə təminat və faiz subsidiyası mexanizminin tətbiqi ilə manatla kredit götürən sahibkara dövlət zəmanəti verilir, həmçinin kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50%-i dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Bu mexanizm 2030-cu ilədək Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər bütün ərazilərində tətbiq ediləcək.

2027–2030-cu illəri əhatə edəcək elektrik şəbəkəsinə qoşulma subsidiyasının tətbiqi ilə yeni sənaye və kənd təsərrüfatı obyektləri şəbəkəyə qoşularkən ödədikləri qoşulma haqqının 50%-i dövlət tərəfindən qarşılanacaq.

Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə yaradılmış Komissiya tərəfindən iri layihələr sürətləndirilmiş qaydada, vahid pəncərə prinsipi ilə icra olunacaq ki, bu da icra müddətini təxminən 30-40% qısaldacaq.

Görüşdə sahibkarların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev regionun inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən sahibkarlara mühüm dəstək göstərildiyini vurğulayıb, bu baxımdan yeni mexanizmlərin və belə görüşlərin önəmini qeyd edib.

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?