6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan Nyu-Yorkda Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda təmsil olunub

Azərbaycan Nyu-Yorkda Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda təmsil olunub

BMT-nin Nyu-York şəhərində keçirilən Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun (HLPF 2026) birinci həftəsi başa çatıb. Forum çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində mövcud qlobal çağırışlar, əldə olunmuş irəliləyişlər və məqsədlərə nail olunmasının sürətləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Forumda iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Azərbaycanda DİM-lərin milli inkişaf prioritetlərinə inteqrasiyası, lokallaşdırılması, dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti, akademik dairələr və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, habelə bu sahədə əldə edilən təcrübə barədə məlumat verib.

Forum çərçivəsində 2027-ci ildə Könüllü Milli Hesabat (Voluntary National Review – VNR) təqdim edəcək ölkələrin dəyirmi masasında, eləcə də DİM-lərin əlaqələndirilməsi və həyata keçirilməsində maraqlı tərəflərin iştirakına həsr olunmuş xüsusi sessiyada Könüllü Milli Hesabatın hazırlanması prosesi çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və yeni əməkdaşlıq imkanlarının genişləndirilməsinin önəmi vurğulanıb.

Həmçinin, Hüseyn Hüseynov Afrika ölkələri, İnkişafda Olan Kiçik Ada Dövlətləri və Orta Gəlirli Ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası zamanı qarşıya çıxan çağırışlara həsr olunmuş tematik sessiyada Azərbaycanın bu sahədə təcrübəsini bölüşüb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?