6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb

2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb

Cari ilin yanvar-iyun aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 131 Çağrı Mərkəzinə 4649 zəng daxil olub. Müraciətlər əsasən KOB evlərində dövlət və özəl təşkilatlar tərəfindən sahibkarlara göstərilən xidmətlər, biznesə başlanması və sahibkarlığın inkişaf etdirilməsi üçün dəstək tədbirləri, “Startap” şəhadətnaməsi, investisiya təşviqi sənədi, güzəştli maliyyə dəstəyi, işğaldan azad olunmuş ərazilərdə biznes fəaliyyəti, həmçinin KOBİA-nın fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Müraciətlərin əksəriyyəti canlı rejimdə cavablandırılıb, araşdırma tələb edən məsələlər üzrə isə Agentliyin aidiyyəti strukturları tərəfindən müvafiq məlumat verilib.

Çağrı Mərkəzinə daxil olan müraciətlərin əsas hissəsi Bakı şəhərinin payına düşüb. Digər müraciətlər isə əsasən Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Gəncə-Daşkəsən və Şəki-Zaqatala iqtisadi rayonlarından daxil olub.

131 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək mümkündür. Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?