6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadi Şuranın iclası keçirilib

İqtisadi Şuranın iclası keçirilib

Bu gün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

İclasın gündəliyində birinci məsələ “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsi, o cümlədən, turizmin inkişaf perspektivləri və əsas prioritet tədbirlər, ikinci məsələ kimi “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: mövcud vəziyyət və 2030-cu ilə perspektivləri” barədə proqramın layihəsi və eləcə də digər carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan birinci məsələ üzrə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin və ikinci məsələdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda gündəlikdə müzakirə olunan hər iki dövlət proqramının layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?