6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Qaradağ Şüşə Zavodu” ASC özəlləşdirilib

“Qaradağ Şüşə Zavodu” ASC özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "Qaradağ Şüşə Zavodu" ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə keçirilən investisiya müsabiqəsinin nəticələrinə əsasən, "Nort Vest Konstrakşn" MMC qalib elan edilib.

Dövlət Xidmətinin məlumatına görə, investorla 23 iyun 2026-cı il tarixində alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat vəsait köçürməli və müəssisədə 16,4 milyon manat həcmində İnvestisiya Proqramı icra etməlidir. İnvestisiya qoyuluşu nəticəsində müəssisədə 200 yeni iş yerinin yaradılması planlaşdırılır.

Müsabiqə qalibi İnvestisiya Proqramı çərçivəsində şüşəəritmə sobasının və şüşə istehsalı avadanlıqlarının, eləcə də sexlərin əsaslı təmiri və yenidən qurulması, yeni istehsal xətlərinin, şüşəformalaşdırma avadanlıqlarının alınaraq quraşdırılması, həmçinin elektrik enerjisi, qaz təchizatı, su və kanalizasiya sistemləri üzrə infrastruktur təminatının yaxşılaşdırılması kimi öhdəlikləri həyata keçirməlidir.

Qeyd edək ki, dövlət müəssisələrinin investisiya müsabiqələri əsasında özəlləşdirilməsi iqtisadi aktivlərin dövriyyəyə qaytarılmasına, istehsalın yenilənməsinə və sahibkarlıq subyektlərinin sənaye sahələrinə daha fəal cəlb olunmasına xidmət edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?