6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan Metrik Konvensiyaya qoşulub

Azərbaycan Metrik Konvensiyaya qoşulub

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Metrik Konvensiya”ya qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilib. Bununla da Azərbaycan Respublikasının Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) üzv dövlət statusu əldə etməsi istiqamətində mühüm addım atılıb.

Qanunun qəbul edilməsi ölkədə metrologiya sahəsinin beynəlxalq tələblərə uyğun inkişafına, ölçmələrin izləniləbilənliyinin və etibarlılığının artırılmasına, yeni kalibrlənmə və ölçmə imkanlarının (CMC) əldə edilməsinə, milli etalon bazasının gücləndirilməsinə və metrologiya infrastrukturunun daha da təkmilləşdirilməsinə töhfə verəcək.

Belə ki, “Metrik Konvensiya”ya qoşulmaqla Azərbaycan Respublikası Çəkilər və Ölçülər üzrə Baş Konfransın (CGPM) fəaliyyətində iştirak və səsvermə, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitəyə (CIPM) üzvlük üçün namizəd irəli sürmək, eləcə də CIPM-in Məşvərət Komitələrinin fəaliyyətində iştirak etmək hüququ əldə edəcək.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIPM) tərəfindən təqdim olunan kalibrlənmə xidmətlərindən və digər texniki imkanlardan ödənişsiz istifadə edə biləcək. Eyni zamanda bu addım AzMİ-nin BIPM və onun Məşvərət Komitələri ilə əməkdaşlığının genişləndirilməsinə, beynəlxalq tutuşdurmalarda, elmi-texniki layihələrdə və digər beynəlxalq təşəbbüslərdə iştirak imkanlarının artmasına şərait yaradacaq.

Qeyd edək ki, Metrik Konvensiya 1875-ci il mayın 20-də Fransanın Paris şəhərində imzalanıb və müasir beynəlxalq metrologiya sisteminin əsasını təşkil edir. Konvensiya çərçivəsində fəaliyyət göstərən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIMP) dünyada ölçmələrin vəhdətinin təmin olunması, beynəlxalq etalonların qorunması və milli metrologiya institutları arasında əməkdaşlığın əlaqələndirilməsini həyata keçirir.

Azərbaycan Respublikası 2015-ci ildən etibarən BIPM-də assosiativ üzv statusu ilə təmsil olunurdu. Metrik Konvensiyaya qoşulmaq BIPM-də üzv dövlət statusunun əldə olunması üçün əsas şərtlərdən biri idi.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?