6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanla Zimbabve arasında enerji əməkdaşlığı imkanları müzakirə edilib

Azərbaycanla Zimbabve arasında enerji əməkdaşlığı imkanları müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudendanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanla Zimbabve arasında enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bərpa olunan enerji, neft-qaz sənayesi və enerji qanunvericiliyi üzrə təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Azərbaycanın enerji sektorunun inkişaf yolu, ölkənin qlobal enerji təhlükəsizliyinə töhfəsi və enerji keçidi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, karbohidrogenlər uzun illər qlobal enerji balansının mühüm tərkib hissəsi olaraq qalacaq, eyni zamanda Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirib. Bərpa olunan enerji mənbələri sahəsində beynəlxalq təcrübəyə uyğun müasir qanunvericilik bazasının formalaşdırıldığı və onun artıq praktikada öz səmərəliliyini təsdiq etdiyi qeyd olunub. Həmçinin həyata keçirilən külək-günəş enerjisi layihələri, “yaşıl enerji dəhlizi” təşəbbüsləri ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

Zimbabvenin Milli Assambleyasının sədri Azərbaycanın enerji sektorunun inkişaf təcrübəsinə maraq göstərdiklərini bildirib. O, ölkəsində enerji təhlükəsizliyinin gücləndirilməsi, investisiya mühitinin təkmilləşdirilməsi, bərpa olunan enerji layihələrinin inkişafı, eləcə də enerji qanunvericiliyi və maliyyələşdirmə mexanizmləri sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycanın neft-qaz müqavilələri modeli, bərpa olunan enerji sahəsində qanunvericilik bazası və investisiya mexanizmləri üzrə təcrübəsinin Zimbabve tərəfi ilə bölüşülməsi məqsədilə müvafiq seminarın keçirilməsi razılaşdırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?