24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlara güzəştli kreditlər veriləcək

Sahibkarlara güzəştli kreditlər veriləcək

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxılıb və onlara əlavə kredit limitlərinin ayrılması təmin edilib.
Müvəkkil kredit təşkilatları üçün müəyyən edilən kreditlər, əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, heyvandarlığın, quşçuluğun, intensiv bağçılığın, istixana komplekslərinin inkişafına, sənaye məhsullarının istehsalı sahələrinin, soyuducu anbar kompleksinin yaradılmasına və s. yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılmasına və yeni iş yerlərinin açılmasına əhəmiyyətli töhfə verəcək. İclasda Fondun fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi aparılıb və müvafiq qərarlar qəbul edilib.
Müşahidə Şurası Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir, eləcə də Fondun vəsaitinin iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə səmərəli yerləşdirilməsi üzrə prioritet istiqamətləri müəyyənləşdirir. Şuranın sədri İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovdur.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?