6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatorunun Yol Xəritəsinin təqdimatı keçirilib

“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatorunun Yol Xəritəsinin təqdimatı keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərlik etdiyi “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun onlayn iclası keçirilib. Dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi iclasda “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi"nin təqdimatı keçirilib, həmçinin 2025-ci il ərzində görülmüş işlərlə bağlı məlumat verilib və müzakirələr aparılıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, işçi qrupunun rəhbəri Rüstəm Şahbazov iclas iştirakçılarına Yol Xəritəsinin icrası çərçivəsində daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun fəaliyyət istiqamətləri və qarşıda duran əsas hədəfləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı Yol Xəritəsinin təqdimatı keçirilib. Bildirilib ki, Yol Xəritəsində özbaşına tikintilərlə bağlı mövcud vəziyyətin nizamlanmasını nəzərdə tutan normativ hüquqi akt layihəsinin hazırlanması, daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin tam elektronlaşdırılması istiqamətində işlərin görülməsi, dövlət reyestrində məlumatlara əlçatanlığın təmin edilməsi və digər məsələlər əksini tapır.

Sonda Yol Xəritəsi üzrə tədbirlərin vaxtında, keyfiyyətlə və mahiyyəti üzrə icra edilməsinin vacibliyi vurğulanıb, iclas iştirakçılarının sualları cavablandırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?