6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub

2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub

2026-cı ilin birinci yarısında sahibkarların iştirakı ilə 50-dən çox sahəvi görüş və maarifləndirmə tədbiri təşkil olunub ki, bu tədbirlərdə ümumilikdə 1500-ə yaxın biznes subyekti iştirak edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunan tədbirlər çərçivəsində sahibkarlar biznes sahəsində yeniliklər, qanunvericilik və dövlətin dəstək alətləri barədə məlumatlandırılıb, onların təklifləri və qarşılaşdıqları məsələlər müvafiq qurumların iştirakı ilə müzakirə edilib.

Sahəvi görüşlər və maarifləndirmə tədbirləri iyul ayında da davam etdiriləcək. Bu ay görüşlər onlayn və oflayn formatda olmaqla Bakı şəhərində, Balakən, Salyan, Oğuz, Goranboy, Qusar, Ağdam və Naxçıvan Muxtar Respublikasının Babək rayonunda keçiriləcək. Görüşlər əsasən KOB-ların kapital bazarlarına çıxış imkanları, arıçılıq, akvakultura, kənd təsərrüfatı, aqrar sahədə innovasiyalar, süd və süd məhsullarının istehsalı, yaşıl iqtisadiyyat, heyvandarlıq, turizm kimi sahələrdə mövcud vəziyyət, inkişaf perspektivləri və çağırışlara həsr olunacaq. İyul ayında biznesin rəqəmsallaşdırılması və innovativ həllər mövzusunda görüşlər onlayn formatda olmaqla bütün ölkə regionlarında təşkil olunacaq.

Sahibkarlar iyul ayında keçiriləcək sahəvi görüşlər və maarifləndirmə tədbirləri barədə ətraflı məlumatla linkə keçid etməklə tanış ola bilərlər: https://smb.gov.az/az/events?slug=gorus

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?