6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlar “Turkchem Azerbaijan” sərgisinə dəvət olunurlar

Sahibkarlar “Turkchem Azerbaijan” sərgisinə dəvət olunurlar

6-8 aprel 2027-ci il tarixlərində Bakı Ekspo Mərkəzində kimya sənayesinə həsr olunan beynəlxalq “Turkchem Azerbaijan” sərgisi keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, sərgi kimya sənayesinin müxtəlif istiqamətlərini, o cümlədən əsas və xüsusi kimyəvi maddələr, neft-kimya məhsulları, laboratoriya və istehsal texnologiyaları, proses avadanlıqları, ölçmə, sınaq və analiz sistemləri, eləcə də sənaye xidmətlərini vahid platformada bir araya gətirəcək. Sərgi çərçivəsində kimya sənayesinin aktual mövzularına həsr olunan panel sessiyalar, B2B görüşlər və digər tədbirlər təşkil olunacaq.

Sərginin əsas məqsədi istehsalçılar, təchizatçılar, distribütorlar, investorlar, texnologiya təminatçıları, dövlət qurumları və sənaye üzrə qərar qəbul edən şəxslər arasında yeni əməkdaşlıq imkanları yaratmaq, Azərbaycanın strateji coğrafi mövqeyindən istifadə etməklə Türkiyə, Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya və ətraf bazarları əhatə edən regional ticarət əlaqələrinin inkişafına töhfə verməkdir.

“Turkchem Azerbaijan” sərgisində iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər. Sərgi haqqında ətraflı məlumat : https://turkchem.az/tr

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?