14 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın hər iki ölkənin prezidentlərinin siyasi iradəsi və qarşılıqlı etimadı əsasında uğurla inkişaf etdiyi qeyd olunub.

Tərəflər arasında ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin Orta Dəhlizin və TRIPP marşrutu təşəbbüsünün beynəlxalq ticarətin inkişafı, iqtisadi inteqrasiya və regional bağlantıların gücləndirilməsində rolu vurğulanıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində İqtisadi Dialoq mexanizminin əməkdaşlığın əsas institusional platformalarından biri olduğu bildirilib. Birgə layihələrin həyata keçirilməsinə dair yol xəritəsi ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

-----

13:16

“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə ABŞ senatoru Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşümüzdə Azərbaycan - ABŞ strateji tərəfdaşlığının hər iki ölkənin prezidentlərinin siyasi iradəsi və qarşılıqlı etimadı əsasında uğurla inkişafını qeyd etdik.

ABŞ nümayəndə heyəti ilə ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Həmçinin Orta Dəhlizin beynəlxalq ticarət, iqtisadi inteqrasiya və regional bağlantıların gücləndirilməsində rolunu vurğuladıq.

Görüşdə Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində İqtisadi Dialoq mexanizminin əməkdaşlığımızın əsas institusional platformalarından biri olduğunu vurğuladıq, birgə layihələrin həyata keçirilməsinə dair yol xəritəsi ətrafında fikir mübadiləsi apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?