6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qızıl-gümüş sikkə və qızıl külçələrin satışından 116 milyon manatdan çox gəlir əldə olunub

Qızıl-gümüş sikkə və qızıl külçələrin satışından 116 milyon manatdan çox gəlir əldə olunub

“Pərakəndə satışa başladığımız dövrdən bu günədək 50 min ədədədək qızıl-gümüş sikkə və qızıl külçələrin satışından ümumilikdə 116 milyon manatdan çox gəlir əldə edilib”.

Bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Z.İbrahimov qeyd edib ki, “AzerGold” məhsulları beynəlxalq standartlara uyğun orijinal tərtibatda istehsalı, zəmanətli mənşəyi və etibarlılığı ilə seçilir. İnvestisiya məqsədli qızıl və gümüş məhsullarına marağın artdığı bir dövrdə vətəndaşlara etibarlı və əlçatan alternativ təqdim edirik. Əslində, 7 il əvvəl yerli qızıl və gümüşdən hazırlanan sikkə və külçələri daxili pərakəndə bazara təqdim edərkən əsas məqsədimiz “Made in Azerbaijan” brendi ilə qiymətli metal məhsulları vasitəsilə ölkəmizin tarixini, mədəniyyətini və milli dəyərlərini tanıtmaq idi: “Sevindirici haldır ki, bu təşəbbüs alıcılar tərəfindən böyük maraqla qarşılandı və zamanla təbliğatyönümlü bir layihə şirkət üçün əlavə gəlir mənbəyinə çevrildi. Artan tələbatın nəticəsi olaraq 2021-ci ildə ilk Satış və Mübadilə Mərkəzi fəaliyyətə başladı. Pərakəndə satışa başladığımız dövrdən bu günədək 50 min ədədədək qızıl-gümüş sikkə və qızıl külçələrin satışından ümumilikdə 116 milyon manatdan çox gəlir əldə olunub. Hazırda məhsul portfelimizə 1 qramdan 1 kiloqramadək qızıl külçələr, 250, 500 və 1000 qramlıq gümüş külçələr, eləcə də müxtəlif çəkilərdə qızıl və gümüş sikkələr daxildir”.

AZƏRTAC

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?