6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub

Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə regionda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Agentliyin məlumatına görə, tədbirdə sənaye, balıqçılıq, ictimai iaşə, kənd təsərrüfatı və s. sahələrdə fəaliyyət göstərən 120-yə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bölgədə sahibkarlıq fəaliyyəti üçün imkanlar, dövlətin dəstək alətləri, o cümlədən KOBİA-nın xidmət infrastrukturu və dəstək mexanizmləri barədə məlumat veriblər. Qeyd olunub ki, hazırda rəqəmsal texnologiyaların tətbiqi, istehsalın səmərəliliyinin artırılması, KOB subyektlərinin dəyər zəncirinə inteqrasiyası və yaşıl iqtisadiyyatın genişləndirilməsi əsas inkişaf istiqamətləridir. Azərbaycanın əsas sənaye və energetika mərkəzlərindən olan Mingəçevirdə istehsal, xidmət və logistika sahələrinin inkişafı, yeni investisiyaların cəlbi və sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri və energetika infrastrukturu emal sənayesinin, innovativ istehsalın və xidmət sektorunun inkişafını dəstəkləyir. Mingəçevir sahibkarları da mövcud potensialın reallaşdırılması üçün dövlətin dəstək alətlərindən, o cümlədən KOBİA tərəfindən göstərilən xidmətlərdən yararlana bilərlər. Bunun üçün sahibkarlar KOBİA-ya birbaşa və ya bölgədə fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər.

Görüşdə sahibkarlarla istehsal müəssisəsinin və işğaldan azad edilmiş ərazilərdə şirniyyat sexinin yaradılmasına, ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin təşviqinə, xarici kapitallı biznesin qurulmasına dəstək və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, biznes subyektlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb.

KOBİA nümayəndələri həmçinin, Mingəçevirdə termal kağız emalı və pellet yanacaq və metal konstruksiyalar istehsalı müəssisəsində olub. Sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparılıb. Bu müəssisələr müxtəlif vaxtlarda KOBİA-nın daxili bazar araşdırması və sərgilərdə iştirak kimi dəstək mexanizmlərindən faydalanıblar.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?