6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yunanıstan-Azərbaycan biznes forumu keçiriləcək

Yunanıstan-Azərbaycan biznes forumu keçiriləcək

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou ilə görüş keçirilib.

Agentliyin məlumatına görə, görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, eləcə də Azərbaycan və Yunanıstan arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verib. Bu çərçivədə cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Yunanıstan-Azərbaycan biznes forumunun təşkili ilə bağlı məsələlər də müzakirə olunub.

Tərəflər turizm, kənd təsərrüfatı, qida sənayesi, süni intellekt, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verilib, forumun beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?