6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dünya Bankı ilə maliyyə əlçatanlığının genişləndirilməsi müzakirə edilib

Dünya Bankı ilə maliyyə əlçatanlığının genişləndirilməsi müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbər heyəti Dünya Bankının İş yerləri və İqtisadi Artım üçün Maliyyə Əlçatanlığı (FINGROW) Missiyasının nümayəndələrini qəbul edib.

AMB-nin məlumatına görə, görüşdə FINGROW proqramının məqsədi, əhatə dairəsi, proqram çərçivəsində nəzərdə tutulan tədbirlər, Mərkəzi Bankın bu təşəbbüsdə rolu müzakirə olunub.

Görüşdə həmçinin Azərbaycanda maliyyə əlçatanlığının genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi imkanlarının artırılması, rəqəmsal ödənişlərin təşviqi, maliyyə inklüzivliyinin dərinləşdirilməsi, kredit təminatı mexanizminin təkmilləşdirilməsi prosesinə FINGROW proqramının dəstəyi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, FINGROW Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üçün nəzərdə tutulan çoxmərhələli proqramıdır. Proqramın əsas məqsədi maliyyə resurslarına çıxışı genişləndirməklə sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını və dayanıqlı iqtisadi artımı dəstəkləməkdir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?