27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faiz artıb

Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faiz artıb

Bu ilin yanvar-may aylarında Bakının pərakəndə ticarət şəbəkəsində əhaliyə 15 107,1 milyon manatlıq, o cümlədən 8 189,0 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 6918,1 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 4 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 5,9 faiz artıb. İstehlak məhsullarının 38,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?