6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 83 faizə çatır

Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 83 faizə çatır

2026-cı ilin yanvar-may aylarında Bakının sənaye sektorunda istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 21,9 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, sənaye məhsulunun 72,9 faizi mədənçıxarma, 23,4 faizi emal, 2,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,8 faiz təşkil edib.

İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyun 2026-cı il vəziyyətinə 540 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 37,7 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?