6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BTC kəmərinin 20 illiyi və BTC üzrə operatorluğun SOCAR-a təhvil verilməsi münasibətilə tədbir keçirilib

BTC kəmərinin 20 illiyi və BTC üzrə operatorluğun SOCAR-a təhvil verilməsi münasibətilə tədbir keçirilib

Səngəçal Terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəmərinin 20 illiyi, BTC üzrə operatorluğun və BTC ilə Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsi münasibətilə tədbir keçirilib.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tədbirdə çıxış edərək ötən 20 il ərzində BTC-nin uğurlarından, layihənin beynəlxalq əhəmiyyətindən, bp-nin uzunmüddətli səmərəli operatorluq rolundan bəhs edib, SOCAR-ın boru kəmərinin istismarı zamanı təhlükəsizlik, etibarlılıq və əməliyyat mükəmməlliyi sahəsində mövcud yüksək standartları uğurla davam etdirəcəyinə əminliyini ifadə edib, SOCAR və digər tərəfdaşlarla sıx və uzunmüddətli əməkdaşlığın daha da möhkəmləndiriləcəyini bildirib.

Bakı–Tbilisi–Ceyhan boru kəmərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müasir enerji strategiyasının ən mühüm nailiyyətlərindən biri olduğunu söyləyən SOCAR-ın prezidenti Rövşən Nəcəf BTC-nin Xəzər regionunu Qara dəniz hövzəsi vasitəsilə Aralıq dənizi ilə birləşdirən strateji enerji dəhlizi formalaşdırdığını və Xəzərin enerji resurslarının beynəlxalq bazarlara çıxış modelini əsaslı şəkildə dəyişdirdiyini qeyd edib. BTC üzrə operatorluğun, eləcə də BTC və CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a keçməsinin Azərbaycanın enerji sektorunun inkişafında növbəti mühüm mərhələ olduğunu deyən Rövşən Nəcəf bu mühüm hadisənin SOCAR-ın otuz ildən artıq müddətdə formalaşdırdığı zəngin əməliyyat təcrübəsini və peşəkar imkanlarını nümayiş etdirdiyini vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Anar Axundov çıxışında son iyirmi il ərzində Bakı–Tbilisi–Ceyhan boru kəmərinin Azərbaycanın enerji sektorunun inkişafı ilə yanaşı, ölkəmizin dayanıqlı iqtisadi tərəqqisinə və regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. bp-nin son iki onillik ərzində BTC boru kəmərinin operatoru qismində uğurlu fəaliyyətini qeyd edən nazir müavini boru kəməri üzrə operatorluğun SOCAR-a keçməsinin Azərbaycanda uzun illər ərzində beynəlxalq tərəfdaşlıq mühitində formalaşmış peşəkar bilik və əməliyyat imkanlarının məntiqi nəticəsi olduğunu vurğulayıb.

Rövşən Nəcəf və Cio Kristofoli BTC üzrə operatorluğun və BTC ilə CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsini ifadə edən rəmzi idarəetmə düyməsini sıxıblar.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?