6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub

Xankəndi, Şuşa və Laçın şəhərlərinə səfər edənlərin daha qısa, rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin edəcək Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi uğurla davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində inşa olunan, uzunluğu 14,1 kilometr olan Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu I texniki dərəcəyə uyğun tikilir. Yolun torpaq yatağının eni ərazidən asılı olaraq 26,5 metrədək dəyişir.

Layihə üzrə torpaq işləri tam yekunlaşdırılıb, yeni yol yatağı inşa edilib. Hazırda yol geyiminin əsasının və asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.

Eyni zamanda, yolboyu nəzərdə tutulan 3 körpünün, 9 düzbucaqlı və 38 dairəvi suötürücünün, 23 ehtiyat keçidinin tikintisi, eləcə də 14 avtobus dayanacağının quraşdırılması işləri artıq tamamlanıb.
Hazırda layihə üzrə ümumi icra faizi 86 faiz təşkil edir.

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun istifadəyə verilməsi bölgədə nəqliyyat əlaqələrinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, həmçinin kənd təsərrüfatı və turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?