6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan 9-cu Çin-Avrasiya Sərgisində vahid ölkə stendi ilə təmsil olunub

Azərbaycan 9-cu Çin-Avrasiya Sərgisində vahid ölkə stendi ilə təmsil olunub

Cari ilin 25–29 iyun tarixlərində Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində keçirilən 9-cu Çin-Avrasiya Sərgisində Azərbaycan vahid ölkə stendi ilə təmsil olunub. Sərgidə ölkəmizin iqtisadi və investisiya potensialı, nəqliyyat-tranzit imkanları, eləcə də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş olunub. Eyni zamanda, Pekində fəaliyyət göstərən Azərbaycan Ticarət Evi vasitəsilə “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar sərgidə təqdim olunub.

Sərgi çərçivəsində Azərbaycanın Çində ticarət nümayəndəsi Teymur Nadiroğlu Çin (Şandon) – Şanxay Əməkdaşlıq Təşkilatı Ölkələri Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın əlverişli biznes mühiti, investisiya potensialı, investorlar üçün yaradılmış imkanlar, ölkəmizin regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi rolu, eləcə də Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət əməkdaşlığının inkişaf perspektivləri barədə məlumat verilib.

2011-ci ildən keçirilən Çin-Avrasiya Sərgisi Çinin önəmli beynəlxalq iqtisadi-ticarət platformalarından hesab olunur. Sərgi Asiya və Avropa ölkələri arasında ticarət, investisiya və sənaye tərəfdaşlığının genişləndirilməsinə xidmət edir. 9-cu sərgidə 27 ölkə, region və beynəlxalq təşkilatdan, eləcə də Çinin bütün əyalətlərindən 2 mindən artıq şirkət və qurum iştirak edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?