6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ƏMAS-da işçilərin məzuniyyət günləri ilə bağlı yeni funksionallıq yaradılıb

ƏMAS-da işçilərin məzuniyyət günləri ilə bağlı yeni funksionallıq yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) işəgötürənlər üçün məzuniyyət günləri ilə bağlı yeni funksionallıq yaradılıb.

Nazirliyin məlumatına görə, ƏMAS-ın “Statistik məlumatlar” bölməsinə əlavə edilən “Məzuniyyət günləri” funksiyası işəgötürənlərə işçilərin əmək müqaviləsinə əsasən əsas və əlavə əmək məzuniyyəti günləri barədə məlumatları sistem üzərindən rahat şəkildə əldə etmək imkanı verir.

Yeni funksionallıq məzuniyyət günləri ilə bağlı məlumatların onlar tərəfindən izlənilməsini və hesabatların hazırlanmasını asanlaşdırır. Bu, işəgötürənlərə məzuniyyətlərin uçotunu daha səmərəli aparmağa və insan resurslarının idarə edilməsini daha rahat təşkil etməyə şərait yaradır.

ƏMAS-da tətbiq olunan yeni funksiyalar əmək münasibətlərinin rəqəmsallaşdırılması, xidmətlərin daha əlçatan olması və işəgötürənlər üçün istifadənin daha rahat təşkili məqsədinə xidmət edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?