6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda KOB-ların inkişafı üçün 20 milyon dollarlıq beynəlxalq maliyyə dəstəyi göstəriləcək

Azərbaycanda KOB-ların inkişafı üçün 20 milyon dollarlıq beynəlxalq maliyyə dəstəyi göstəriləcək

Vyanada keçirilən “OPEC Fund Development Forum 2026” forumu çərçivəsində “Bank Respublika” ASC və OPEC Beynəlxalq İnkişaf Fondu Azərbaycanın özəl sektorunun dəstəklənməsinə yönələn 20 milyon dollar məbləğində dördillik kredit sazişi imzalayıblar.

Bankın məlumatına görə, sənədi iqtisadiyyat nazirinin müavini Anar Axundov və Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəylinin iştirakı ilə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və OPEC Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə imzalayıblar.

Cəlb olunan vəsaitlər mikro, kiçik və orta biznes subyektlərinin maliyyəyə çıxışının genişləndirilməsinə yönəldiləcək ki, bu da yeni iş yerlərinin yaradılması, biznes mühitinin yaxşılaşdırılması və dayanıqlı iqtisadi artım üçün stimul olacaq.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?