6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sənaye parklarının rezidentləri 567 milyon manat vəsaitə qənaət ediblər

Sənaye parklarının rezidentləri 567 milyon manat vəsaitə qənaət ediblər

Sənaye parklarında tətbiq olunan güzəşt mexanizmləri investorlar üçün əlverişli biznes mühiti formalaşdırmaqla yanaşı, istehsalın genişlənməsinə və qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, 10 il müddətinə vergi güzəştləri çərçivəsində rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. Gömrük və ƏDV güzəştləri sayəsində istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV və gömrük rüsumlarından azad edilir.

Tətbiq olunan güzəştlər nəticəsində sənaye parklarının rezidentləri indiyədək 567 milyon manat, təkcə 2025-ci ildə isə 42,3 milyon manat vəsaitə qənaət ediblər.

Bu güzəşt mexanizmləri sahibkarların xərclərinin azalmasına, investisiya cəlbediciliyinin artmasına və ölkədə rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına əlverişli şərait yaradır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?