6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 milyard manatı ötüb

Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 milyard manatı ötüb AÇIQLAMA

Bu ay Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsi ilə həyata keçirilən AzQR ödənişlərinin həcmi 40 milyona yaxınlaşıb.

vergiler.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, hazırda AzQR ödənişləri bankların və bir sıra fintex şirkətlərinin mobil tətbiqlərində istifadəyə verilib: “Eyni zamanda, ölkədə fəaliyyət göstərən geniş POS-terminal şəbəkəsində də AzQR ödənişləri dəstəklənir. Həmçinin, AzQR ödənişləri biznes subyektləri üçün daha aşağı komissiya xərcləri və vəsaitlərin dərhal hesablaşması kimi üstünlüklər yaradır. Komissiya xərcləri aşağı olur, ödənişlərin hesablaşması dərhal icra olunur. Nəticə etibarilə AzQR-ın tətbiqi sahibkarlar üçün yeni imkanlar yaratmış olur. AzQR ödənişlərinin həm statik, həm də dinamik həlləri var və bu, yeni ödəniş imkanlarının, yeni bazarın yaranmasına gətirib çıxarır”.

Ə.Abbasov onu da qeyd edib ki, artıq Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 milyard manatı keçir. Bu da bir il əvvəlki dövriyyə ilə müqayisədə 3 dəfədən çox artım deməkdir: ​“Mərkəzi Bank tərəfindən AzQR ödənişlərinin inkişaf etdirilməsi ilə yanaşı fintexlərin də birbaşa və ya dolayısı ilə qoşulması istiqamətində aktiv işlər planlaşdırılmaqdadır. Eyni zamanda Sistemin elektron kommersiya ödənişlərində istifadəsinin də genişləndirilməsi planlaşdırılır. Digər vacib hissələrdən biri isə Ani Ödənişlər Sistemi üzrə ölkəxarici inteqrasiyaların aparılmasıdır”.

Hökumət Ödəniş Portalı üzrə ödənişlərə gəlincə, Ə.Abbasov bildirib ki, bu istiqamətdə 20 dəfədən çox artım müşahidə olunur.

Fərqanə ALLAHVERDİQIZI

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?