6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Uğur yolu” karyera inkişaf proqramının final mərhələsi keçirilib

“Uğur yolu” karyera inkişaf proqramının final mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyində təşkil olunan dördüncü "Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib. Bu il daha əhatəli tətbiq olunnan müsabiqədə Nazirlik üzrə 4000-ə yaxın əməkdaş iştirak edib. Müsabiqənin virtual test mərhələsində yüksək nəticə əldə edən 300 əməkdaş yarımfinal mərhələsində iştirak hüququ qazanıb. İştirakçılar yarımfinalda simulyasiya xarakterli keyslərin həlli üzrə biliklərini sınayıblar. Nəticədə, 48 nəfər müsabiqənin final mərhələsinə yüksəlib.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iştirakçıları final mərhələsinə vəsiqə qazanmaları münasibətilə təbrik edib. Vurğulanıb ki, insan kapitalının inkişafı ölkəmizdə prioritet istiqamətlərdəndir və bu sahədə həyata keçirilən təşəbbüslər institusional potensialın gücləndirilməsinə xidmət edir. Bildirilib ki, İqtisadiyyat Nazirliyində təşkil olunan “Uğur yolu” proqramı əməkdaşların potensialının müəyyənləşdirilməsi, onların liderlik keyfiyyətlərinin, analitik düşüncə və qərarvermə bacarıqlarının artırılması baxımından önəm daşıyır. Proqram həmçinin, əməkdaşların peşəkar müstəvidə inkişafının dəstəklənməsinə və perspektivli kadr ehtiyatının formalaşdırılmasına töhfə verir.

Karyera inkişaf proqramının yekun mərhələsində iştirakçılar komanda ilə işləmək, vaxtın səmərəli idarə olunması, strateji düşünmə və digər bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, “Uğur yolu” müsabiqəsinin qalibləri peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə xüsusi təlim proqramlarında iştirak edəcəklər. Bununla yanaşı, onlar Nazirliyin rəhbər şəxslərinin mentorluğu ilə həyata keçirilən proqrama cəlb olunacaq, karyera inkişafı istiqamətində əlavə imkanlar əldə edəcəklər. Proqram çərçivəsində qaliblərin idarəetmə, strateji planlaşdırma və digər mühüm istiqamətlər üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?