6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin ilk beş ayında Naxçıvanda sahibkarlara 3 milyon manata yaxın güzəştli maliyyə dəstəyi göstərilib

Bu ilin ilk beş ayında Naxçıvanda sahibkarlara 3 milyon manata yaxın güzəştli maliyyə dəstəyi göstərilib

Bu ilin yanvar–may ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 2,9 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu vəsait 84 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 29,2 faiz artıb ki, bunun hesabına 142 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Hesabat dövründə güzəştli kredit məbləğinin 56,7 faizi kənd təsərrüfatı, 28,4 faizi xidmət, 14,9 faizi isə sənaye sahələrinə yönəldilib. Maliyyələşdirilən layihələrin 91,7 faizi, güzəştli kredit məbləğinin isə 68,1 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?