6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Müəssisələr üçün "Qlobal Mayak" şəbəkəsinə müraciətlərin qəbulu aparılır

Müəssisələr üçün "Qlobal Mayak" şəbəkəsinə müraciətlərin qəbulu aparılır

5 iyul 2026-cı il tarixinədək Dünya İqtisadi Forumunun (DİF) "Qlobal Mayak" (Global Lighthouse Network) beynəlxalq şəbəkəsinə daxil olmaq istəyən istehsal və sənaye müəssisələri üçün müraciətlərin qəbulu aparılır.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) məlumatına görə, DİF-in bu təşəbbüsü məhsuldarlıq, keyfiyyət və dayanıqlı inkişaf sahəsində ən yüksək göstəricilərə nail olmaq üçün Dördüncü Sənaye İnqilabı texnologiyalarını: süni intellekt, sənaye interneti, böyük verilənləri və robototexnikanı uğurla tətbiq edən qabaqcıl istehsalatların tanınmasına yönəlib.

“Qlobal Mayak” statusu 4 mərhələli seçim prosesi - müraciət, yerində audit, müstəqil qiymətləndirmə və yekun təsdiq əsasında verilir. Seçilən müəssisələr isə DİF tərəfindən qlobal sənaye liderləri kimi tanıdılır.

Hazırda bu platforma sənaye transformasiyası sahəsində ən nüfuzlu meydançalardan biri olmaqla, 35 sahədən və 30-dan çox ölkədən 220-dən artıq müəssisəni özündə birləşdirir.
İştirakçıların növbəti qeydiyyat mərhələsi cari ilin noyabr ayında başlayacaq.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?