6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

“AzerGold” QSC-nin və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatları açıqlanıb.

QSC-dən verilən məlumata görə, beynəlxalq nüfuzlu müstəqil auditor şirkəti - “PricewaterhouseCoopers” (PwC) tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət auditor rəyi verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin və onun törəmə şirkətlərinin birgə maliyyə nəticələrində pozitiv tendensiyalar qeydə alınıb.

Ötən ili də yüksək gəlir və mənfəətlə başa vuran Cəmiyyət bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirib.

Ümumilikdə, 2024-cü illə müqayisədə satış gəlirləri (182,69 milyon ABŞ dolları) 2025-ci ildə 46% artaraq 266,45 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Hesabat ilində qızıl satış qiyməti 37%, ümumi satış həcmi 4% artaraq, 73,3 min unsiya qızıl və 93,2 min unsiya gümüş təşkil edib. Bununla yanaşı, törəmə müəssisə olan “AzerBlast” MMC-nin ötən il üzrə fəaliyyəti də ümumi satış gəlirlərinin formalaşmasına təxminən 3% həcmində töhfə verib.

2025-ci ildə istehsalat həcmi və satış gəlirlərinin artması nəticəsində “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməliyyat mənfəətinin göstəricisi olan EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) 58,52% artaraq 142,48 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb. Nəticədə xalis mənfəət 2024-cü il ilə müqayisədə 49,04 milyon ABŞ dolları, yəni 148,5% artaraq 82,06 milyon ABŞ dollarına çatıb.

2025-ci ilin sonuna Səhmdar Cəmiyyəti və onun törəmə şirkətlərinin ümumi aktivlərinin dəyəri 573,63 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 17,5% çoxdur.

Həmçinin “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ildə xalis dövriyyə kapitalı 86,4% artaraq 196,11 milyon ABŞ dolları, ümumi kapitalı isə 22,3% artaraq 489,05 milyon ABŞ dolları təşkil edib.
“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci il üzrə maliyyə göstəriciləri qrupun yüksək maliyyə dayanıqlığının və effektiv maliyyə idarəetməsininin bariz sübutudur. Beynəlxalq təcrübədə dağ-mədən şirkətləri üçün borc/kapital nisbətinin 1,0 səviyyəsində olması qənaətbəxş göstərici hesab edildiyi halda, “AzerGold” QSC üzrə bu göstərici 2025-ci ildə 0,07-dən 0,04-ə enib. Bundan əlavə, hesabat ilinin sonuna şirkətin kredit öhdəlikləri tam şəkildə bağlanıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?