6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Həştərxan vilayəti ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

Həştərxan vilayəti ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru-hökumət sədri Denis Afanasyev ilə görüşüb.

Görüşdə Azərbaycanla Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu iqtisadi əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Qarşılıqlı investisiya imkanlarının təşviqi, biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Birgə təşəbbüslərin və təşkil olunan işgüzar tədbirlərin iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyi bildirilib.

Tərəflər regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sənaye, ticarət, nəqliyyat, logistika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Biznes dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə işgüzar platformaların fəaliyyətinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

-----

12:58

“Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru-hökumət sədri Denis Afanasyev ilə görüşdə regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sənaye, ticarət, nəqliyyat, logistika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq. Biznes dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə işgüzar platformaların fəaliyyətinin gücləndirilməsinin önəmini vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?