6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” üzrə müzakirələr aparılıb

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” üzrə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən icra olunan “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin rəhbərləri ilə görüş keçirilib.

İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” çərçivəsində həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin rəhbərləri ilə görüş keçirilib. Görüş proqram üzrə görülmüş işlərin nəticələrinin təqdim olunması, müəssisələrdə texnoloji transformasiya yol xəritələrinin icra vəziyyətinin qiymətləndirilməsi və növbəti mərhələlər üzrə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.

Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf gündəliyinin əsas istiqamətlərindən biridir. Vurğulanıb ki, ölkənin rəqəmsal iqtisadiyyat strategiyası biznes, dövlət və cəmiyyət səviyyəsində transformasiyanı sürətləndirməyi, innovasiyaların tətbiqini genişləndirməyi və iqtisadiyyatın rəqabət qabiliyyətini artırmağı hədəfləyir. Qeyd olunub ki, dövlət tərəfindən formalaşdırılan təşviq və dəstək mexanizmləri özəl sektorun rəqəmsal texnologiyalara keçidini sürətləndirmək və müəssisələrin qlobal dəyər zəncirlərində mövqeyini gücləndirmək məqsədi daşıyır.

Həmçinin, 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində ölkədə müəssisələrin texnoloji transformasiyası istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, proqram çərçivəsində pərakəndə satış, qida sənayesi, tikinti və sənaye malları, metallurgiya və sənaye istehsalı kimi sahələri təmsil edən müəssisələrdə istehsal və biznes proseslərinin təhlili aparılıb. Eyni zamanda müəssisələrin texnoloji hazırlıq və dayanıqlılıq səviyyələri beynəlxalq metodologiyalar əsasında ölçülüb.

Proqramın icrası zamanı müəssisələr üzrə 400-dən çox potensial rəqəmsal transformasiya təşəbbüsü və 160-dan çox dayanıqlılıq praktikası qiymətləndirilib. Bu təşəbbüslər arasından təxminən 80 prioritet həll seçilərək onlar üzrə texniki, əməliyyat və maliyyə əsaslandırmaları hazırlanıb. Hər bir müəssisə üçün texnoloji transformasiya və dayanıqlı inkişaf istiqamətlərini əhatə edən fərdi yol xəritələri formalaşdırılıb.

Görüş çərçivəsində beynəlxalq ekspertlər tərəfindən proqramın nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə dair təqdimatlar keçirilib. Təqdimatlarda müəssisələrin rəqəmsal transformasiya üzrə prioritetləri, məlumat əsaslı idarəetmə yanaşmaları, süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiq imkanları, həmçinin Dünya İqtisadi Forumunun Qlobal Mayak Şəbəkəsinin təcrübəsi əsasında texnoloji transformasiyanın məhsuldarlıq və dayanıqlılığa təsiri barədə məlumat verilib.

Müzakirələr zamanı proqram iştirakçısı olan müəssisələrin rəhbərləri hazırlanmış yol xəritələrinin icrası istiqamətində əldə olunan ilkin nəticələr və növbəti mərhələlərə dair fikir və təkliflərini bölüşüblər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?