6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 26,2 faiz artıb

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 26,2 faiz artıb

2026-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 99 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 68-i qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub. 93 icarə müqaviləsinin müddəti uzadılıb.

Nazirliyin məlumatına görə, qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən ümumilikdə 357 min manata yaxın vəsait ödənilib. Ötən beş ayda dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artıb.

Bununla yanaşı, hesabat dövründə muxtar respublikada 4729 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb ki, bu da bir il öncəki göstəricini 12,8 faiz üstələyir.

Qeydiyyata alınan əmlaklardan 2094-ü torpaq sahəsi, 1790-ı fərdi yaşayış və bağ evi, 598-i mənzil, 122-si qeyri-yaşayış sahəsi, 118-i qeyri-yaşayış binası, 7-si isə əmlak kompleksidir.

Cari ilin ötən dövründə daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 986 min manat xidmət haqqı toplanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,6 min manat və ya 2,6 faiz çoxdur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?